Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Ələddin Mərdanov dünya üzrə müraciət etdiyi ali məktəblərdən 13-nün magistratura üzrə proqramlarına qəbul olunub. O, həmçinin həmin universitetlərin bir çoxundan təqaüd qazanıb.
Ələddin Mərdanov Kimya mühəndisliyi, Material mühəndisliyi, Sənaye Enerji prosesləri və davamlılıq, İnnovativ və dayanıqlı Kimya mühəndisliyi, Ətraf-mühit mühəndisliyi və s. ixtisasları üzrə qəbul olunub. O, daha bir neçə ali məktəbin qəbul imtahanlarının test mərhələsini keçsə də artıq bu cür yüksək nəticələrə görə həmin müraciətlər üzrə yekun müsahibələrdən imtina edib. Bu isə bakalavr məzunu üçün yüksək göstəricidir.
Ələddin Mərdanov təhsilini Erasmus Mundus təqaüd proqramı ilə Kimya innovasiya və tənzimləmə ixtisası üzrə Bolonya Universiteti, Heriot-Vat Universiteti, Barcelona Universiteti və Algarve Universitetinin birgə tədris proqramı üzrə həmin universitetlərin yerləşdiyi ölkələrdə davam etdirmək qərarı verib. O, 1000 müraciətçi arasından təqaüdə layiq görülmüş 25 nəfərdən biridir.
Xatırladaq ki, Ələddin Mərdanov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. O, məzun olduqda Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 90.95 olub.
BANM məzunu Ələddin Mərdanov təhsil aldığı müddətdə BASF və “Carlsberg Azerbaijan” şirkətlərində təcrübə keçmiş yeganə tələbə olub. Həmçinin 3 il professional tərcüməçi kimi fəaliyyət göstərib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət