2021-ci ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 9 milyard 468 milyon 753,506 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 56,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
5 milyard 528 milyon 522,339 min manat (artım 41,3%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 791 milyon 611,893 min manat (artım 2,1 dəfə) olub. İlkin bazarda 1 milyard 194 milyon 122,411 min manatlıq, təkrar bazarda 597 milyon 489,482 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 736 milyon 910,446 min manat (artım 21,9%) təşkil edib. İlkin bazarda 3 milyard 596 milyon 281,282 min manatlıq, təkrar bazarda 140 milyon 629,164 min manatlıq not yerləşdirilib.
Yanvar-iyul aylarında BFB-nin ümumi dövriyyəsində 211 milyon 21,022 min manat (azalma 6 dəfə) korporativ bazarın payına düşüb. 114 milyon 569,694 min manat ilkin bazarın, 96 milyon 451,328 min manat təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 105 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib.
Yanvar-iyul aylarında BFB-nin ümumi dövriyyəsində 3 milyard 729 milyon 210,146 min manat (artım 4,3 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, iyulun sonuna birjanın kapitallaşması 4 milyard 303 milyon 386,95 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 11% çoxdur.**
X.Nəsirzadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət