ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozda dəyişiklik etməyib, 2022-ci il üçün proqnozu isə 20 min barel artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,72 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da iyul göstəricisinə uyğundur. II rübdə faktiki hasilat göstəricisi və IV rüb üçün proqnoz göstəricisi isə artırılıb.
I rübdə Azərbaycanda gündəlik neft hasilatı 0,74 milyon barel, II rübdə 0,7 milyon barel təşkil edib, III rübdə 0,7 milyon barel (iyul proqnozuna uyğundur), IV rübdə 0,76 milyon barel (iyul proqnozu - 0,74 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA 2022-ci ildə Azərbaycanda gündəlik neft hasilatını 0,78 milyon barel həcmində (iyul proqnozu – 0,76 milyon barel) gözləyir. EIA gələn ilin I rübündə gündəlik neft hasilatını 0,79 milyon barel (iyul proqnozu – 0,76 milyon barel), II rübdə 0,78 milyon barel (iyul proqnozu – 0,77 milyon barel), III rübdə 0,75 milyon barel (iyul proqnozu – 0,76 milyon barel), IV rübdə 0,78 milyon barel (iyul proqnozu - 0,79 milyon barel) səviyyəsində proqnozlaşdırır.
EIA-nın məlumatına görə, 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 0,7 milyon barel təşkil edib.
Azərbaycan neft hasilatının azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasının iştirakçılarından biridir. Razılaşma çərçivəsində 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda gündəlik neft hasilatı (kondensat nəzərə alınmadan) 595 min bareli ötməməli idi.
“OPEC+” ölkələri nazirlərinin 1 aprel 2021-ci il tarixində keçirilən 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət