Azərbaycan 2021-ci ilin I yarısında 113,837 min ton pomidor ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 23,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İxrac edilmiş pomidorun dəyəri $123 milyon 588,44 min (azalma 23,9%) təşkil edir.
Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Yanvar-iyun aylarında Rusiyaya $121 milyon 595,63 min dəyərində 109 min 705,99 ton pomidor (bütün ixracın 96,4%-i – İF) ixrac olunub. 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 24,9%, dəyər ifadəsində 24,6% azalıb.
Azərbaycan 2020-ci ildə 187,539 min ton pomidor ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,4% çoxdur. İxrac edilmiş pomidorun ümumi dəyəri $201 milyon 353,53 min (artım 6,3%) təşkil edib.
Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. Ötən il bu ölkəyə $197 milyon 414,1 min dəyərində 179,884 min ton pomidor (bütün ixracın 95,9%-i – İF) ixrac olunub. 2019-cu illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 3%, dəyər ifadəsində 4,7% artıb.*
B.Rüstəmbəyov
Almaniyanın səfiri: Bakı və Berlinin bir çox sahələrdə birgə maraqları var
Bakı və Vyana ikitərəfli əməkdaşlığın genişlənməsi üçün potensialı qeyd edir
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Sumqayıt Şəhər İH yol işlərinə 1,4 milyon manata yaxın vəsait yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq