Cari il MDB ölkələri RF-yə meyvə-tərəvəz tədarükünü artırıblar. Bu barədə “Arqus-Fito” informasiya sisteminin məlumatına istinadən Rosselxoznadzor məlumat verir.
Avqsutun 10-na olan vəziyyətə görə, ilk növbədə, Azərbaycan, Tacikistan və Türkmənistandan tədarükün həcmi artıb. Belə ki, Azərbaycandan 338,2 min ton meyvə-tərəvəz tədarük olunub, bu da ötən illə müqayisədə 4,6% çoxdur (323,3 min ton).
Bu dövr ərzində MDB ölkələrindən kartof tədarükü iki dəfə - 210,5 min tona qədər artıb (ötən il 102,2 min ton olub). Əsas tədarükçülər – Belarus (8,3 min tondan 94,3 min tonadək, artım 11 dəfə), Azərbaycan (68,8 min tondan 84,7 min tonadək, artım 23%), Ermənistan (21,2 min tondan 29,5 min tonadək, artım 38%) olub.
Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən iri pomidor tədarükçüsüdür (114 min ton).
Avqsutun 10-na Azərbaycan Rusiyaya ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfə çox xiyar tədarük edib – 1,7 min tona qarşı 3,7 min ton. Bu il baş soğanın tədarükünə başlanıb və artıq 2 min ton tədarük olunub. Çuğundur tədarükü 2,4 dəfə - 508 tonadək, alma – 19% - 26,1 min tonadək, qarpız – 9 dəfə - 6,9 min tonadək, mektarin – 3 dəfə - 6,1 min tonadək, ərik – 3 dəfə - 1,9 min tonadək, şaftalı – 2,8 dəfə - 5,9 min tonadək, armud – 2,4 dəfə - 1,5 min tonadək, xurma – 2,3 dəfə - 37,9 min tonadək, çiyələk – 2,2 dəfə - 4,3 min tonadək artıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət