2021-ci ilin əvvəlinə SOCAR-ın təsdiqlənmiş neft ehtiyatları 112,35 milyon ton həcmində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu məlumatlar SOCAR-ın 2020-ci il üzrə Davamlı İnkişaf Hesabatında yer alıb.
“1 yanvar 2021-ci il tarixinə olan vəziyyətə görə, şirkətin təsdiqlənmiş neft ehtiyatları 112,35 milyon ton (1 yanvar 2020-ci il tarixinə 120,204 milyon ton) həcmində qiymətləndirilir. Beləliklə, 1 yanvar 2021-ci il tarixinə SOCAR-ın təsdiqlənmiş neft ehtiyatlarının həcmi 6,5% azalıb”, - deyə hesabatda bildirilir.
Təsdiqlənmiş neft ehtiyatlarının ümumi həcmində 44,284 milyon ton işlənməmiş neft ehtiyatlarının (azalma 4,1%), 68,066 milyon ton işlənmiş neft ehtiyatlarının (azalma 8%) payına düşüb.
SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.
Hesabata əsasən, 2020-ci ildə SOCAR 7 milyon 407,2 min ton neft (kondensatla birlikdə) hasil edib (2019-cu illə müqayisədə azalma 3,6%). Hesabat ilində şirkət tərəfindən 5 milyon 899 min ton neft (azalma 4,8%) emala göndərilib. Bununla yanaşı, “Azneft” İB tərəfindən 6 milyon 109,9 min ton neft hasil edilib, şirkətin xarici şirkətlərlə birgə işlədiyi yataqlardakı payı 1 milyon 297,4 min ton təşkil edib.
Bütövlükdə, 2020-ci ildə şirkət tərəfindən işlənilən dəniz və quru yataqlarında 50 quyu istismara verilib, fəaliyyətsiz fondda olan 49 quyu əsaslı təmirdən sonra işlək fonda daxil edilib.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət