2021-ci ilin I yarısında “AzerGold” QSC-nin xalis mənfəəti 21 milyon 668 min manat təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə cəmiyyətin 2021-ci ilin I yarısının yekunlarına dair maliyyə hesabatında deyilir.
2021-ci ilin yanvar-iyun aylarında “AzerGold” QSC-nin gəlirləri 80 milyon 711 min manat, cəmiyyətin əməliyyat mənfəəti 22 milyon 348 min manat təşkil edib.
1 iyul 2021-ci il tarixinə “AzerGold”un aktivləri 266 milyon 3 min manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,9%) həcmində qiymətləndirilir. Bununla yanaşı, cəmiyyətin uzunmüddətli aktivləri 166 milyon 659 min manat, qısamüddətli aktivləri 99 milyon 344 min manat həcmində qiymətləndirilir. Aktivlərin əsas hissəsi - 76 milyon 272 min manat qeyri-maddi aktivlərin payına düşüb ki, bu da 2020-ci ilin sonuna olan göstəricilərə uyğundur.
1 iyul 2021-ci il tarixinə “AzerGold”un kapitalı 203 milyon 497 min manat (artım 22%), o cümlədən nizamnamə kapitalı 62 milyon manat (2021-ci ilin yanvar-iyun aylarında artım 67,5%), bölüşdürülməmiş mənfəəti 123 milyon 293 min manat (artım 5,7%) təşkil edib.
Hesabat dövrünün sonuna cəmiyyətin öhdəlikləri 62 milyon 507 min manat məbləğində (azalma 11,9%) qiymətləndirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət