2021-ci ilin oktyabr ayında Azərbaycanda 4 beynəlxalq sərginin keçirilməsi planlaşdırılır. Bu barədə tədbirlərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti məlumat verir.
Məlumata əsasən, sərgi mövsümü 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə start götürəcək. “Baku International Book Fair 2021” dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
“Kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir. 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” 6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək”, - məlumatda qeyd olunur.
Bundan başqa, 20-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzindəaşağıdakı sərgilər keçiriləcək: 26-cı Azərbaycan Beynəlxalq “İnşaat” BakuBuild, 13-cü Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” Aquatherm Baku 2021 və 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgisi.
“Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədi daşıyır.
“Rebuild Karabakh” 2021 sərgisi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq. Sərgi regionun inkişafına töhfə verə biləcək tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq, effektivəməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə təkan verəcək
“BakuBuild” 2021 və Aquatherm Baku 2021 sərgilərində Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqla, borular və boru xətləri, çilerlər, istilik sistemləri, hava kondisionerləri, termoizolyasiya, radiatorlar və s. bu kimi məhsulları nümayiş etdirəcək.
Məlumata əsasən, sərgilər çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə təşkil olunan ənənəvi “B2B” formatlı işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.
CEO-dan bildirilir ki, tibbi maska taxmaq, eləcə də sosial məsafə saxlamaq sərgilərin keçirildiyi ərazilərdə olan hər bir kəs üçün məcburidir. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət