NEQSOL Holding Davamçıların Hazırlanması və Karyera İdarəetmə sahəsində mükəmməlliyə görə nüfuzlu Brandon Hall Group Silver Award mükafatınalayiq görülüb. NEQSOL Holding bu mükafata idarəetmə komandası üçün dəyərli, konstruktiv karyera inkişafı imkanlarını və strateji hədəflərinə çatması üçün zəruri istedadlarla təmin edən Davamçıların Hazırlanması Proqramına (Succession Readiness Program) görə layiq bilinib. Holdinqin mükafat qazanması 19 avqust 2021-ci il tarixindəelan edilib.
“Brandon Hall Group HCM Excellence Awards” tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, istedadların cəlbi, insan resursları, müxtəliflik, ədalətlilik və inklüzivlik, və gələcək fəaliyyət baxımından əldə edilmiş böyük nailiyyətlərə görə təqdim edilir.
NEQSOL Holding-in Davamçıların Hazırlanması Proqramı fərdi tələblərə cavab vermək və holdinqin şirkətləri arasında sinerji yaratmaq qabiliyyətinə görə dəyərləndirilib. Proqram holdinqin kadr ehtiyatları ilə bağlı planlarını qiymətləndirir, həmçinin fərdi inkişaf prosesləri vasitəsilə idarəetmə komandalarının inkişafını dəstəkləyir.
NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib:
“Biznesimiz üçün çox əhəmiyyətli sahədə bu nüfuzlu mükafata layiq görüldüyümüzə görə məmnunuq. Biz, fəaliyyətimizin bütün istiqamətlərində mükəmməlliyi təşviq edirik, bizim məqsədimiz isə bütün şirkətlərimizə regional bazarlarda lider olmaqda dəstək göstərməkdir. İnsan kapitalı holdinqimizin əsas aktividir və istedadların idarə edilməsi biznes hədəflərimizə nail olmaq baxımından vacib əhəmiyyət kəsb edir. Səylərimizin beynəlxalq səviyyədə tanınması ilə qürur duyuruq”.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:
“Brandon Hall Group Excellence Award mükafatına layiq görülmək çox xoşdur. Bu mükafat bizim istedadların və davamçıların idarə edilməsi fəaliyyətinə sadiqliyimizi əks etdirir və mükəmməlliyə doğru yolda uğurlarımızı möhkəmləndirməyə dəstək göstərir”.
“Brandon Hall Group” Əməliyyatlar üzrə Baş Direktoru və HCM Excellence Awards Proqramının rəhbəri Reyçel Kuk deyib:
“Brandon Hall Group Excellence Award 2021-ci ildə COVID-19 pandemiyası dövründə aidiyyəti tərəfləri dəstəkləmək üçün mümkün olan tədbirləri həyata keçirmiş şirkətlərin zəruri və layiqli tanınmasını təmin edir. Mükafatlar işəgötürənlər, əməkdaşlar və müştərilər üçün əvvəlki dövrlərlə müqayisədə indi daha da əhəmiyyətli olan insan kapitalının idarə edilməsi sahəsində ən qabaqcıl təcrübələri təsdiq edir”.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Brandon Hall Group insan kapitalının idarə edilməsi sahəsində ən böyük və uzunmüddətli mükafatlandırma proqramını həyata keçirir. İnsan kapitalının idarə edilməsi sahəsində müstəqil təhlil və araşdırma şirkəti olan, Brandon Hall Group tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı, müxtəliflik, ədalətlilik və inklüzivlik, istedadların cəlbi, insan resurslarının və işçi qüvvəsinin idarə edilməsi sahələrində araşdırmalar aparır. Brandon Hall Group 28 ildən çox müddət ərzində dünya üzrə 10 mindən çox müştəriyə beynəlxalq səviyyəli araşdırmalar və məsləhətlər təqdim etməklə dəstək olmuşdur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət