2020-ci ildə “AzerGold” QSC xalis mənfəətini 2019-cu illə müqayisədə 3,8 dəfə - $48,21 milyona qədər artırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə cəmiyyətin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatında deyilir.
Şirkətin məlumatına görə, xalis mənfəət investisiya fəaliyyəti üzrə (əlvan metal hasilatı layihələri) istifadə olunub. Dövlət büdcəsi hesabına maliyyələşmə yalnız dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir.
Hesabat ilində qızıl və gümüşün beynəlxalq birjalarda satışından ölkə iqtisadiyyatına $110,2 milyon həcmində vəsait cəlb edilib ki, bu da 2019-cu illə müqayisədə 27,9% çoxdur.
Ümumi mənfəət marjası 2019-cu ildə 35% idisə, 2020-ci ildə 66,7% təşkil edib.
Maliyyə hesabatına əsasən, 2020-ci ildə “AzerGold”un müştərilərlə müqavilələr üzrə gəlirləri $110,204 milyon (artım 27,9%), satışların maya dəyəri $36,699 milyon (azalma 34,1%) təşkil edib.
Hesabat ilində cəmiyyətin əməliyyat mənfəəti $59,823 milyon (artım 3,2 dəfə), vergidən əvvəlki mənfəət $57,806 milyon (artım 3,8 dəfə), mənfəət vergisi xərci $9,596 milyon (artım 3,6 dəfə) təşkil edib.
EBITDA göstəricisi 57,6% - $69,149 milyonadək artıb.
Aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets) 2020-ci ildə artaraq 34,5% (2019-cu ildə 11%) olub.
1 yanvar 2021-ci il tarixinə “AzerGold”un aktivləri $139,878 milyon (artım 26,9%), uzunmüddətli aktivləri $93,706 milyon, qısamüddətli aktivləri $46,172 milyon məbləğində qiymətləndirilir. Aktivlərin əsas hissəsi qeyri-maddi aktivlərin ($44,856 milyon, azalma 1,4%) payına düşüb.
2020-ci ilin sonuna “AzerGold”un kapitalı $98,135 milyon (artım 3,6 dəfə), nizamnamə kapitalı $21,765 milyon (artım 3 dəfə), bölüşdürülməmiş mənfəəti $68,603 milyon (artım 3,3 dəfə) təşkil edib.
Ümumi kapitalın artması xalis mənfəət hesabına, habelə dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına əsaslanır.
Hesabat ilinin sonuna Cəmiyyətin öhdəlikləri $41,743 milyon məbləğində (azalma 49,5%) qiymətləndirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət