Bakı ətrafında Sea Breeze kurort kompleksinin tikintisinə 2021-ci ildə əlavə olaraq $150 milyondan artıq sərmayə yatırılacaq. Bu barədə Crocus Group şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Artıq yaşayış kompleksləri, kotteclər, taunhauslar və fərdi villalar tikilib. 2021-ci ildə 100 min kvadrat metrlik yaşayış sahələri istismara veriləcək”, - deyə şirkətdən bildiriblər.
Beşmərtəbəli SkyLine Hotel & Residences otelinin tikintisi planlaşdırılır. Onun ümumi sahəsi 34 min kv.m təşkil edəcək. Otelin açılışı 2024-cü ildə baş tutacaq. Bundan başqa, ümumi sahəsi 63 min kv.m olan Sea Breeze Mall ticarət kompleksi tikiləcək. Tikintinin birinci növbəsinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır. MediСlub Tibb mərkəzi isə 2023-cü ildə açılacaq.
Həmçinin kurort ərazisində sahəsi 49,1 min kv.m olan apart-otel (57 mehmanxana nömrəsi və 171 apartament) tikilir. Açılış 2023-cü ilə planlaşdırılıb. Marina Village şəhərciyinin tikintisinə də başlanılır və işlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
“Sea Breeze” layihəsinin həyata keçirilməsinə 2005-ci ildə çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlanılıb.
2028-2030-cu illərdə başa çatdırılması nəzərdə tutulan layihəyə investisiyaların ümumi həcmi $1,5-2 milyard təşkil edəcək.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət