Azərbaycan 2021-ci ilin yanvar-iyun aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 4 milyard 878,28 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 10,4% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
İyun ayında Türkiyəyə 522,56 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 12,85%-i Azərbaycanın payına düşüb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 43,05% azalıb. Bu azalmanın 2021-ci ilin yazında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə qaz ixracı haqqında müqavilənin müddətinin bitməsi ilə əlaqədar olması ehtimal olunur.
Azərbaycan 2021-ci ilin iyun ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qalıb. Birinci yerdə Rusiya (58,98%), ikinci yerdə İran (21,33%), dördüncü yerdə Əlcəzair (6,84%) qərarlaşıb.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, avqust ayından isə ikinci pillədə qərarlaşıb (Rusiyadan sonra).
İyunda Türkiyəyə 4 milyard 65,34 milyon kubmetr qaz (2020-ci ilin iyun ayı ilə müqayisədə artım 2 dəfə) ixrac edilib. 3 milyard 787,12 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 93,2%-i, artım 3,5 dəfə), 278,22 milyon kubmetr (bütün ixracın 6,8%-i, azalma 3,3%) isə LNG-nin payına düşüb. Bütün ixrac 4 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və ABŞ (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, “Mərhələ-1” çərçivəsində Türkiyəyə qazın nəqli haqqında müqavilənin müddəti aprel ayının 16-da bitib. Nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. Hazırda BOTAŞ şirkəti və “Şahdəniz” konsorsiumu arasında “Mərhələ-1” çərçivəsində qazın nəqli haqqında yeni müqavilənin bağlanmasına dair danışıqlar davam etdirilir.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət