“Azərişıq” ASC Kəlbəcər rayonunda dövlət sərhədinin mühafizəsi və müdafiəsi sisteminin elektrik enerjisi ilə təminatına 29 milyon 975,613 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “Azərişıq” iki müqavilə bağlayıb.
“Enerji Construction” MMC ilə bağlanmış müqavilədə 110/35/6 kV-luq “Gəncə-2” və 110/35/6 kV-luq “Daşkəsən” yarımstansiyaları arasında iki dövrəli hava xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 14 milyon 417,27 min manatdır.
“MSDİS Holding” MMC ilə bağlanmış müqavilədə 110/35/6 kV-luq “Daşkəsən” yarımstansiyasının yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin dəyəri 15 milyon 558,343 min manatdır.
Prezident İlham Əliyev iyunun 22-də “Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” ASC-yə 24,5 milyon manat ayrılacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət