Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Qarabağda atəşin dayandırılması haqqında üçtərəfli bəyanatın imzalandığı gündən indiyədək Azərbaycan tərəfinin gördüyü bəzi işlərə yekun vurub.
“Bu gün Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - deyə XİN-in Twitter hesabında dərc olunmuş məlumatda bildirilir.
Qurum Azərbaycanın azad edilmiş ərazilərdə 300 gün ərzində gördüyü işlərin statistikasını və 10 əsas hadisənin infoqrafikasını təqdim edib.
“Bu müddətdə azad olunmuş ərazilərin 15 510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib”, - deyə XİN qeyd edir.
Bundan başqa, Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Zəngilan və Laçın rayonları ərazisində daha 2 beynəlxalq hava limanı inşa edilməkdədir.
“Ağdam şəhərinin baş planı hazırlanıb, bir çox mədəni tikililər bərpa olunub. Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilir. Layihənin başa çatdırılması 2022-ci ilin əvvəllərinə planlaşdırılır. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası uğurla davam etdirilir”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, Azərbaycan Böyük Britaniyanın BP şirkəti ilə azad olunmuş ərazilərdə günəş enerjisi istehsalını nəzərdə tutan saziş bağlayıb.
Nazirlik qeyd edir ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı üçtərəfli bəyanat çərçivəsində region ölkələrinin iqtisadi inteqrasiyasını artırmaq üçün bölgədə dəmir yolu infrastrukturu, yolların qurulması üçün strateji yol xəritəsi hazırlanıb.
Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 1 376 tarixi və mədəniyyət abidəsinin (864 mədəniyyət abidəsi və 512 tarixi və arxeoloji abidə və obyekt) inventarizasiyasını tamamlayıb.
“Həmçinin müvafiq agentliklər tərəfindən Ermənistanın beynəlxalq metallurgiya şirkətləri ilə əməkdaşlığı nəticəsində Oxçuçayın çirklənməsinin (bu isə Azərbaycanda və Xəzər hövzəsində yerləşən digər ölkələrdə insan sağlamlığı üçün təhlükəli vəziyyət yaradıb) hərtərəfli qiymətləndirməsi aparılıb”, - deyə XİN bildirib.*
Ə.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət