Yeni SOCAR İstiqrazlarına abunə yazılışı 20 sentyabr 2021-ci il tarixindən başlayacaq.
“Uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, SOCAR tərəfindən daxili bazar üçün yeni istiqrazlar buraxılacaq. SOCAR istiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcək”, - deyə “SOCAR Capital” şirkətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.
“İstiqrazlar 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.
İstiqrazların Bakı Fond Birjasında (BFB) abunə yazılışı formasında yerləşdirilməsi planlaşdırılır.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır. SOCAR İstiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizlər hər 3 aydan bir ödənilir. SOCAR İstiqrazlarının sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutacaq. İstiqraz sahibləri 5 il ərzində $25 milyon gəlir əldə etmiş olacaqlar.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət