Azərbaycan və Türkiyə arasında gömrük sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub.
“Türkiyə Respublikasının Ticarət Nazirliyi Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman bu gün Bakıda Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru Məsum Rəsulovla görüşüb. Görüşün keçirilməsində məqsəd Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrin səmərəli təşkili üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub”, - deyə DGK-nın məlumatında bildirilir.
Görüş zamanı bu ilin müvafiq dövründə hər iki ölkənin gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə zamanı əldə edilən uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəsulov vurğulayıb ki, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, birgə təlimlərin təşkili narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hər iki tərəf üçün faydalı ola bilər.
“Görüşün sonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin intensivləşdirilməsi, əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub, birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə hər iki tərəfdən səlahiyyətli şəxslər təyin edilib”, - deyə məlumatda qeyd olunur.
Türkiyə nümayəndə heyətinin səfəri sentyabrın 10-dək davam edəcək.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət