Azərbaycan və Qazaxıstan qarşılıqlı ticarətin həcmini ikiqat artırmaq üçün kompleks tədbirlər həyata keçirməyi planlaşdırır. Bunu Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov deyib.
Bu gün Bakıda iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib. Qazaxıstan tərəfindən komissiyanın həmsədri Baxıt Sultanov, Azərbaycan tərəfindən isə energetika naziri Pərviz Şahbazovdur.
Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyindən verilən məlumata görə, tərəflər qarşılıqlı münasibətlərin aktual aspektlərini müzakirə ediblər.
“Əfsuslar olsun ki, son bir neçə iqtisadi böhran ticarət-iqtisadi əməkdaşlığımızın inkişaf templərini ləngidib. Dayanıqlı artım trayektoriyasına çıxmaq üçün qarşılıqlı münasibətlərimizə yeni təkan verməliyik. Dövlət başçıları qarşımıza tapşırıq qoyublar: yaxın vaxtlarda qarşılıqlı ticarətin həcmi ən azı 2 dəfə artırılmalıdır”, - deyə B.Sultanov qeyd edib.
Qazaxıstan tərəfi ticarət-iqtisadi əlaqələrin uğurla bərpa edilməsi üçün Azərbaycana birbaşa hava əlaqəsinin bərpası və vaksin pasportlarının qarşılıqlı tanınması məsələlərini nəzərdən keçirməyi təklif edib. Bundan başqa, Qazaxıstan Azərbaycan tərəfinin maraq göstərəcəyi təqdirdə, ölkəyə “KazVak” vaksininin tədarükü imkanlarını nəzərdən keçirməyə, habelə Qazaxıstan istehsalı olan ASV aparatları tədarük etməyə hazırdır.
Sultanov qarşılıqlı ticarətin genişləndirilməsi çərçivəsində bazarlardakı idxal malların Qazaxıstanda və Azərbaycanda istehsal olunan məhsullarla əvəzlənməsi imkanını nəzərdən keçirməyi təklif edib. “Hesab edirik ki, qarşılıqlı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün növbəti addım ixracyönümlü məhsulların istehsalına yönəlmiş sənaye və kənd təsərrüfatı kooperasiyasıdır”, - deyə nazir bildirib.
Komissiyanın iclasının yekunları üzrə tərəflər müvafiq protokol imzalayıblar.
“Bu gün biz ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etdik. Dünya iqtisadiyyatının yeni post-pandemiya reallıqları ənənəvi formatlara yenidən baxılmasına təkan verir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi ilə bağlı rəqəmlər göstərir ki, biz mövcud əməkdaşlıq potensialından istifadə etmirik. Qazaxıstan ən yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında tələbatın olduğu malların (metallurgiya sahəsi, qida sənayesi, neft-kimya sənayesi və s.) tədarükünü artırmağa hazırdır. Qazaxıstan, həmçinin ayrı-ayrı malların ixracında da maraqlıdır. Məsələn, aqrar sənaye, neft-kimya məhsulları və s.”, - deyə Sultanov vurğulayıb.
Onun fikrincə, tərəflər ənənəvi ticarət-iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat-logistika ticarət zəncirlərinin səmərəli şəkildə yenidən qurulmasında qarşılıqlı əlaqələr yaratmalıdır. “Proqnozlara görə, 2028-ci ilə qədər dünya üzrə ticarət axınının həcmi 45% artacaq və logistikanın əsas hissəsi yerüstü nəqliyyatın payına düşəcək. İndi bizim vəzifəmiz Transxəzər nəqliyyat dəhlizini dünya təchizat sisteminə düzgün inteqrasiya etməkdir”, - deyə nazir əlavə edib.*
R.Əhmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət