2021-ci ilin birinci yarısında Azərbaycandan $2 milyard 549,6 milyon məbləğində kapital çıxarılıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $1 milyard 844 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, cari ilin I yarısında Azərbaycandan kapitalın çıxarılma həcmi 38,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
AMB qeyd edir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanın rezidentləri qiymətli kağızlar üzrə $173,9 milyon (2020-ci ilin I yarısında 169,6 milyon), xarici kreditlər üzrə $147,3 milyon məbləğində (2020-ci ilin I yarısında $225,4 milyon) faiz ödənişi həyata keçiriblər, digər ödənişlər $126,6 milyon (2020-ci ilin yanvar-iyun aylarında - $201,3 milyon) təşkil edib.
2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% - $4 milyard 472,2 milyona qədər artıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət