2021-ci ilin birinci yarısında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri $260,971 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilir.
2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər $196,996 milyon vəsait köçürüblər. Beləliklə, 2021-ci ilin birinci yarısında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 32,5% artıb.
2021-ci ilin yanvar-iyun aylarında Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 53% (2020-ci ilin yanvar-iyun aylarında 52,8%) olub.
Bütövlükdə, 2021-ci ilin 6 ayı ərzində Azərbaycana pul köçürmələri $491,404 milyon (аrtım 32%) təşkil edib.
O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - $48,13 milyon (artım 44%), АBŞ - $29,095 milyon (аrtım 25,6%), Böyük Britaniya - $17,152 milyon (аrtım 74,8) və Qazaxıstan - $15,656 milyon (аrtım 8,5%) daxildir.
AMB-nin məlumatına görə, hesabat dövründən Azərbaycandan xaricə pul köçürmələri 15,8% - $256,099 milyona qədər artıb.
Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci Türkiyə yerdə qərarıaşıb - $70,112 milyon (аrtım 38,6%). 2021-ci ilin yanvar-iyun aylarında bütün köçürmələrin 27,4%-i Türkiyənin payına düşüb (2020-ci ilin birinci tyarısında – 22,8%).
Hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi $54,892 milyon təşkil edib (artım 8,1%), xüsusi çəki – 21,4% (bir il öncə - 22,9%) olub.
Cari ilin birinci yarısında Azərbaycanda fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin Gürcüstan - $37,275 milyon (аrtım 84%), АBŞ - $17,704 milyon (аrtım 0,5%) və Ukrayna - $11,892 milyon (аrtım 6,8%), daxildir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət