Azərbaycan 2021-ci ilin ytanvar-iyul aylarında 85 min 680,79 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 76,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Premium Euro-95” markalı benzinin idxal həcmi dəyər ifadəsində $60 milyon 361,07 min (artım 2,1 dəfə) təşkil edib.
Hesabat dövründə $31 milyon 342,6 min məbləğində (artım 36,2%) 45 min 873,52 ton (artım 19,3%) “Premium Euro-95” markalı benzin (bütün idxalın 53,5%-i) Rusiyadan idxal edilib. Eyni zamanda, iyulda Rusiyadan “Premium Euro-95” markalı benzin Azərbaycana idxal olunmayıb.
Bundan başqa, bu dövrdə Gürcüstandan $399,15 min dəyərində 559,32 ton (2020-ci ilin yanvar-iyul aylarında idxal həyata keçirilməyib), İrandan $2 milyon 652,75 min dəyərində 4 min 39,95 ton (miqdar ifadəsində artım 2,2 dəfə, dəyər ifadəsində artım 2,1 dəfə), Rumıniyadan $23 milyon 371,47 min dəyərində 32 min 371,47 ton (miqdar ifadəsində artım 4 dəfə, dəyər ifadəsində artım 5,6 dəfə), Türkmənistandan $2 milyon 89,78 min dəyərində 2 min 836,53 ton “Premium Euro-95” markalı benzin idxal edilib (2020-ci ilin iyul ayında idxal həyata keçirilməyib).
2021-ci ilin yanvar-iyul aylarında $1 milyon 272,89 min dəyərində (artım 12,4%) 1 min 563,19 ton (artım 9,3%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
İdxalın strukturunda $196,46 min dəyərində 237,45 ton avtomobil benzini Belarusun, $1 milyon 76,43 min dəyərində 1 milyon 325,74 ton avtomobil benzini Rumıniyanın payına düşüb.
2020-ci ildə Azərbaycan $58 milyon 615,07 min dəyərində 96 min 998,93 ton “Premium Euro-95” markalı benzin idxal edib. $34 milyon 469,77 min dəyərində 56 min 743,48 ton benzin (bütün idxalın 58,5%-i) Rusiyadan idxal edilib.
Ötən il Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton “Super Euro-98” markalı benzin idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin bir litrinin pərakəndə qiyməti 1,45 manat, “Super Euro-98” markalı benzinin bir litrinin pərakəndə qiyməti isə 1,6 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət