“ROSEKSİMBANK” SC Azərbaycanın “PAŞA Bank”ı ilə ilk sövdələşməni reallaşdırıb, Rusiyanın “Reyl RM” tədarükçüsü və “Alliance Logistics” şirkəti arasında ixrac müqaviləsi üzrə ödəmələr üçün “ESKAR” SC-yə sığorta ödənişi üçün maliyyə təqdim edib.
“ROSEKSİMBANK”ın məlumatına görə, bu müqavilə çərçivəsində Azərbaycana “Ruzximmaş” SC-nin (“Reyl RM” şirkətinin strukturuna daxildir) istehsalı olan 11-1238 model 100 ədəd üstüörtülü yük vaqonu tədarük olunub.
Müqavilənin dəyəri 300 milyon rubl təşkil edib (cari məzənnə ilə $4 milyon 126,5 min).
“Bu layihə Azərbaycandan tərəfdaşlarla qarşılıqlı əlaqələrin inkişafına dair bankımızın strateji vəzifələrinin reallaşdırılmasında ilk addım olub. Ümid edirik ki, bu uğurlu təcrübə gələcəkdə maraqlı layihələrin başlanğıcı olacaq. Sözsüz ki, Rusiyanın yüksək texnoloji məhsullarının alışında maraqlı olan yeni region açılıb, və biz Rusiya şirkətlərinə hərtərəfli malyyə dəstəyi göstərəməyə hazırıq”, - “ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov bildirib.
“İtqisadiyyatın real sektoru şirkətinin maliyyələşdirilməsi üzrə uğurla reallaşdırılan layihə növbəti dəfə Azərbaycanın qeyri-neft sektorunun inkişafının dəstəklənməsində fəal mövqeyimizi təsdiq edir. Biz gələcəkdə də yaxın və uza xarici ölkələrdən tərəfdaşlarımızla ixrac-idxal əməliyyatlarının həyata keçirilməsini fəal dəstəkləməyə hazırıq”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov qeyd edib.
“Bu layihəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Şirkətimiz üçün həm “ROSEKSİMBANK” ilə gələcəkdə tərəfdaşlıq münasibətlərinin inkişafı, həm də üstüörtülü vaqonların tədarükü coğrafiyasının genişləndirilməsində strateji önəm kəsb edir. Müxtəlif növ vaqonların realizə olunması nöqteyi-nəzərindən Azərbaycan bazarı bizim üçün böyük maraq kəsb edir. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız həmçinin xüsusi çənlərin tədarükü ilə əlaqədar olacaq”, - “Reyl RM” şirkətinin baş direktoru Aleksandr Kulikov bəyan edib. **
R.Əhmədov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət