2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 13 milyard 241 milyon 763,48 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18,17%-i (2020-ci ilin yanvar-avqust ayında 17,24%) qaz ixracının payına düşüb.
Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 350 milyon 391,96 min (artım 38%) təşkil edib.
2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə $1 milyard 89 milyon 818,18 min dəyərində 7 milyard 309 milyon 619,31 min kubmetr, Gürcüstana $268 milyon 509,14 min dəyərində 2 milyard 157 milyon 509,14 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $836 milyon 241,79 min dəyərində 3 milyard 46 milyon 941,26 min kubmetr, Yunanıstana $127 milyon 571,4 min dəyərində 424 milyon 205,61 min kubmetr, Bolqarıstana $22 milyon 464,97 min dəyərində 150 milyon 749,16 min kubmetr qaz ixrac edilib. Beləliklə, 8 ay ərzində Avropaya $986 milyon 278,16 min dəyərində 3 milyard 621 milyon 896.03 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana $5 milyon 786,28 min dəyərində 152 milyon 446,53 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət