2020-ci il dekabrın 31-dən indiyədək Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 5 milyard kubmetr Azərbaycan qazı nəql edilib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumunun məlumatında deyilir.
“TAP-ın Trans-Anadolu qaz kəməri (TANAP) ilə birləşdiyi Türkiyə-Yunanıstan sərhədindəki Kipoy stansiyasından Avropaya 5 milyard kubmetr qaz daxil olub”, - deyə məlumatda vurğulanır.
“Biz TAP-ın bu mühüm mərhələyə çatmasından və Avropa enerji məkanında etibarlı ötürücü sistem operatoru rolunu möhkəmləndirməsindən çox məmnunuq. TAP vasitəsilə çatdırılan qaz həcmləri bir çox bazarlarda enerji təhlükəsizliyi və diversifikasiyasına imkan verməklə yanaşı, xüsusilə Cənub-Şərqi Avropa ölkələrində enerji keçidini dəstəkləyir. Konsorsiumun səhmdarlarının uzunmüddətli görüşünə görə, TAP Avropa İttifaqının enerji keçid məqsədlərinə uyğun olaraq emissiyaların azaldılması üçün hidrogen kimi karbon neytral enerji mənbələrini nəql etmək imkanlarını axtarmağa davam edəcək”, - deyə TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) bildirib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Daha əvvəl Energetika Nazirliyi 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac ediləcəyini proqnozlaşdırmışdı.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan CQD layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət