«VTB Bank (Azerbaijan)» ASC 2022-ci ilin ortalarında İnternet bankinqin tətbiqini sona çatdırmağı planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin üzvü Yasin Cəlilov bəyan edib.
“Xidmətlərin rəqəmsallaşdırılması bank üçün aktual məsələdir. Biz İnternet bankinqin tətbiqinə uzun müddət hazırlaşmışıq və bu il xidməti uğurla istifadəyə verdik. Xidmət bütün yüksək standartlara uyğundur və çoxfunksiyalıdır. İnternet bankinqin tətbiqi üzrə layihəmiz 2022-ci ilin ortalarında tamamilə sona çatacaq. Lakin bu gün artıq əsas əməliyyat və tranzaksiyaları İnternet bankinq vasitəsilə həyata keçirmək mümkündür”, - Cəlilov bankın mətbuat xidmətinə müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, bankın strategiyasına əsasən, “biz 2022-ci ilin sonunadək korporativ biznesin xidmətlərinin 100%-lik əlçatanlığını onlayn kanallar vasitəsilə təmin edəcəyik”.
“Eyni zamanda, məhz İnternet bankinq əsas kanaldır. Bu günə tranzaksiyaların təxminən 80%-i məhz İnternet bankinqdə həyata keçirilir”, - o qeyd edib.
Cəlilov əlavə edib ki, yaxın zamanda «VTB Bank (Azerbaijan)» İnternet bankinqin mobil versiyasını istifadəyə verməyi planlaşdırır.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət