2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 744 milyon 548,9 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 milyon 533.3 min nəfər (artım 0,1%), dəniz nəqliyyatı ilə 10,4 min nəfər (azalma 28,8%), hava nəqliyyatı ilə 687,2 min nəfər (artım 39,9%) daşınıb.
Cari ilin yanvar-avqust aylarında avtomobil nəqliyyatı vasitələri ilə 713 milyon 578,5 min sərnişin (azalma 8,2%), avtobuslarla 651 milyon 803,9 min sərnişin (azalma 12,9%), taksilərlə 61 milyon 774,6 min sərnişin (artım 2,1 dəfə) daşınıb.
2021-ci il mayın 31-dən etibarən fəaliyyətini bərpa edən metro ilə 28 milyon 739,5 min nəfər daşınıb (azalma 55,6%).
Bundan başqa, mart ayında metro, ölkənin regionlarına avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Metropolitenin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən yenidən dayandırılıb, sentyabrın 14-dən isə bərpa olunub. Oktyabrın 19-dan 2021-ci il aprelin 1-dək metropolitenin fəaliyyəti dayandırılıb və mayın 31-dən yenidən bərpa olunub.
O cümlədən, istirahət günlərində Azərbaycanda ictimai nəqliyyat COVİD-19 infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində məhdudiyyətlərlə əlaqədar fəaliyyət göstərmir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət