NEQSOL Holding cənab Vasil Latsaniçin holdinqdə Telekom Rəhbəri vəzifəsinə təyinatını elan edir. Vəzifə holdinq və onun tərkibində olan telekommunikasiya şirkətləri arasında koordinasiyanı daha da yaxşılaşdırmaq və holdinqin beynəlxalq telekommunikasiya arenasında inkişafını dəstəkləmək üçün yaradılıb.
Cənab Vasil Latsaniç telekommunikasiya sahəsində, o cümlədən Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda, 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. O, mobil və sabit telekommunikasiya, İT, bankçılıq və onlayn ticarət sahələrində zəngin təcrübəyə sahibdir.
NEQSOL Holding-ə qoşulmazdan öncə, cənab Latsaniç Rusiya telekommunikasiya operatoru Beeline şirkətinin Baş Direktoru, Niderlandın VEON telekommunikasiya şirkətinin Vitse-Prezidenti, MTS şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, həmçinin MTS Group-da Strategiya, Marketinq və Rəqəmsal İnkişaf üzrə Vitse-Prezident vəzifəsində işləyib. Cənab Latsaniç London Biznes Məktəbində Executive MBA dərəcəsinə yiyələnib.
Yeni vəzifəsində cənab Vasil Latsaniç NEQSOL Holding-in telekommunikasiya aktivlərinin strateji idarəetməsi və fəaliyyət bazarlarının genişlənməsi üzrə məsul şəxs olacaq.
Hazırda NEQSOL Holding Azərbaycan, Ukrayna və Gürcüstanda telekom aktivlərinə malikdir.
“NEQSOL Holding-in fəal inkişafı ilə bağlı Telekom Rəhbəri vəzifəsini yaratdıq və telekommunikasiya istiqamətini qlobal səviyyədə idarə etmək üçün Vasil Latsaniçi dəvət etdik. Əminik ki, o, holdinqin telekommunikasiya aktivlərinin komandalarını gücləndirəcək, müxtəlif ölkələrdə həmin aktivlərin təcrübə və ekspertizasını birləşdirəcək. Bazarı dərindən anlaması və telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə böyük təcrübəsi cənab Latsaniçə bütün fəaliyyət bazarlarımızda daha da inkişaf etmək üçün perspektivli telekommunikasiya strategiyasını hazırlamağa və tətbiq etməyə imkan verəcək,” deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib.
“NEQSOL Holding-ə biznesin fəal inkişafı dövründə qoşulmaqdan məmnunam. Əsas prioritetlərim holdinqin telekommunikasiya aktivlərinin inteqrasiyası, fəaliyyət bazarlarında səmərəli şəkildə konvergent xidmətlərin inkişafı və yeni bazarlarda inkişaf yollarını müəyyən etmək olacaq. Telekom sahəsində biznes üçün yeni imkanları kəşf etmək məqsədilə komanda ilə işləməyi səbirsizliklə gözləyirəm,” cənab Vasil Latsaniç qeyd edib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət