RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib ki, yaxın zamanda Rusiya Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri Bakıda öz vəzifələrinin icrasına başlayacaqlar.
“Anons verə bilərəm ki, tezliklə Rusiya Kənd Təsərrüfatı ”Nazirliyinin nümayəndəsi Azərbaycana ezam olunacaq. Kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti üzrə Azərbaycanla RF arasında mövcud iri həcm bizə məlumdur, bu səbəbdən bu cür səlahiyyətli nümayəndənin burada olması bizə ASK və ərzaq sahəsində meydana gələn məsələləri operativ şəkildə həll etməyə imkan verəcək”, - Mirsayapov bu gün keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, sentyabrın 21-də RF prezidenti Vladimir Putin “Rusiya İqtisadi İnkişaf Nazirliyinin xaricdə nümayəndə-institutlarının yaradılması haqqında” fərman imzalayıb. Bununla əlaqədar Mirsayapov qeyd edib ki, həmçinin Azərbaycana iqtisadi məsələlər üzrə attaşe göndəriləcək, həmin şəxs qarşılıqlı ticarətin yumşaldılması və hökumətlərarası komissiya xətti ilə qarşılıqlı əlaqələrlə məşğul olacaq. Onun sözlərinə görə, Rusiya İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlində Bakıda fəaliyyət başlayacaq.
“Rusiya və Azərbaycan arasında çox effektiv hökumətlərarası komissiya mövcuddur. Bu, çox effektiv işçi orqandır, hansı ki, maneələrin aradan qaldırılması və iş üçün yeni layihələrin aşkar olunması sahəsində fəal əlaqədədir”, - Mirsayapov bildirib.
O cümlədən, o vurğulayıb ki, 2020-ci ildə Rusiya İxrac Mərkəzi tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin həcmi $183 milyonu ötüb.
“Bu ilin 7 ayı ərzində RİM tərəfindən kimya sənayesi, maşınqayırma məhsulları, metalurgiya sənayesi, meşə-sənaye kompleksi məhsullarının qarşılıqlı tədarükü üzrə birgə layihələrə $150 milyondan çox məbləğində dəstək göstərilib”, - ticarət nümayəndəsi bildirib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət