Bakı “Z/Yen Group Ltd.” maliyyə konsaltinq şirkətinin hər yarım ildən bir dərc etdiyi dünyanın ən iri maliyyə mərkəzləri reytinqində iki pillə irəliləyərək 105-ci yerdə qərarlaşıb.
Nyu-York reytinqdə liderliyini qoruyub saxlayır. Global Financial Centres Index (GFCI) məlumatlarına əsasən, o, ikinci yeri tutan Londonu 22 bənd geridə qoyur.
Britaniya paytaxtından 24 pillə geri qalan Honkonq üçüncü pilləyə yüksəlib. Növbəti pillələrdə Sinqapur, San-Fransisko, Şanxay, Los-Anceles və Pekin qərarlaşıb.
9-cu yerdə Tokio, 10-cu yerdə isə 15 pillə irəliləyən Paris gəlir.
Moskva 7 pillə yüksələrək 50-ci, Sankt-Peterburq isə 22 pillə enərək 110-cu yerdədir.
Dünya maliyyə mərkəzləri indeksi ilk dəfə 2007-ci ildə dərc olunub və hər yarım ildən bir (indiki buraxılış sayca 30-cudur) yenilənir. Sonuncu reytinq 116 şəhəri əhatə edib və 12,86 mindən artıq respondent arasında keçirilmiş sorğu əsasında tərtib edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət