Azərbaycan Qarabağ regionuna İranın yük maşınlarının Ermınistandan qanunsuz girişinin qarşısını almaq məqsədilə bütün zəriri tədbirləri həyata keçirdi.Bu barədə Azəbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İlk dəfə deyil İranın yük maşınları Qarabağa daxil olurlar, işğal dövründə də bu cür hallar qeydə alınıb. İran İslam Respublikasının dövlət nişanları ilə yük maşınları mütəmadi ora daxil olurdu. Biz bu barədə bilirdik. Lakin, əlbəttə ki, indiki kimi dəqiq məlumat olmayıb. Biz müxtəlif kanallar vasitəsilə İran tərəfinə narazılığımızı bildirmişik. Ancaq bu proses davm etdi”, - Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində Gorus-Qafan avtomobil yolunun hissısində İranın avtonəqliyyat vasitələrinə Azərbaycan tərəfindən nəzarətin gücləndirilməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin payızında Qarabağda müharibə sona çatdıqdan sonra Azərbaycan Laçın dəhlizindən keçən İranın yük maşınlarının hərəkətini texmiki baxımdam izləmək imkanı əldə edib.
“Bizim mövqelərdən Xankəndiyə gedən yola qədər məsafə 5-6 metr təşkil edir. Biz Laçın dəhlizi boyu, həmçinin Şuşa ətrafında və digər regionlarda kifayət dərəcədə texniki imkanlara malikik. Kameralar var. Biz peykdən, PUA-dan istifadə edirik. Biz görürdük ki, müharibədən sonra yük maşınları ora getməyə davam edirlər”, - prezident bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Prezidenti Administrasiyasının əməkdaşlarına tapşırıb ki, İranın Bakıdakı səfiri ilə bu məsələ müzakirə olunsun.
“Biz bunu rəsmi səviyyəyə çıxarmaq istəmirik. Qoy dostcasına söhbət etsinlər və bildirsinlər ki, buna son qoymaq lazımdır. Bu, bizə qarşı hörmətsizlikdir. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir və buna son qoyulmalıdır. Əgər səhv etmirəmsə, bu söhbət iyuı ayında baş tutub. Əlbəttə ki, bundan sonra biz vəziyyəti izləməyə başladıq və hər ayın əvvəlində neçə maşın giriş edib, neçəsi çıxıb, nə aparıb-gətirdiklərini qeydə alırıq. Bizdə nömrə nişanlarına qədər bütün məlumatlar var. Bu məlumatlar mətbuatda da yer alıb”, - Əliyev qeyd edib.
Prezident əlavə edib ki, iranlılar öz yük maşınlarına erməni nömrələri quarşdıraraq hiylə gəlməyə cəh ediblər. “Onlar bu cür fırıldaqçılığa əl atdılar. Bizi aldatmağa çalışdılar.Eləı səriştəsiz iş gördülər ki, sisternin üzərində fars dilində yazılar, aşağıda isə erməni nömrələri vardı. Qeyd etmək istərdim ki, bir neçə nəqliyyat vasitsində hətta eyni nömrə nişanları quraşdırılmışdı. Onlar bunu elə səliqəsiz etmişdilər ki. Bu isə onların öz fəliyyətlərini davam etdirmək istədiklərini nümayiş etidirir, lakin maskalanaraq”, - o bildirib.
Əliyev xatırladıb ki, Azərbaycan İran tərəfinə rəsmi qaydada nota ünvanlayıb, İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb.
“Ona narazılıq bildirilib və buna son qoyulması xahiş olunub. Bu, avqustun ortalarında baş verib. Biz ümid edirdik ki, buna son qoyulacaq. Lakin avqustun 11-dən sentyabrın 11-dək İranın 60 yük avtomobili qanunsuz olaraq Qarabağa yola düşüb. Bunun qarşısını almaq məqsədilə biz praktiki addımlara keçdik. Bizim hərəkətlərimiz məsuliyyətlidir və dostluq münasibətlərinə əsaslanır. Birinci dəfə - şifaji xəbərdarlıq, ikinci dəfə - rəsmi nota, üçüncü dəfə - nəzarət-buraxılış məntəqələri, gömrük, sərhəd polis”, - prezident bəyan edib.
Dövlət başçısı vurğulayıb ki, beləliklə Azərbaycan öz ərazisindən keçən yolun Gorus-Qafan hissəsinin nəzarətinə başlayıb, nəticədə, Qarabağa hərəkət edən yüklərin sayı sıfıra enib.
“Görürsünüz, bu dərəcəyə çatdırmaq lazımdır? Qarabağ regionunda rus sülhməramlılarının məsuliyyəti zonasında 25 min nəfər yaşayır. Bu bazar bu qədər mi vacibdir? Bu ticarət (İran üçün - İF) o qədər vacibdir ki, siz dost və qardaş hesab etdiyiniz ölkəyə qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirirsiniz? Əlbəttə, biz bütün imkanlardan, müəyyən beynəlxcalq konvensiya və beynəlxalq hüquqdan istifadə etdik. Bəziləri deyillər ki, biz yalnız İranın nəqliyyat vasitələrindən gömrük rüsumu alırıq. Biz digər ölkəyə səfər edərkən gömrük rüsumu ödəmirik? Ödəyirik. Əgər kimsə Azərbaycan ərazisindən də istifadə edirsə, vergi və rüsum ödəməlidir?”, - Azərbaycan prezidenti əlavə edib. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət