Bakı Qarabağda yaşayan erməni əhalisini regionda aparılan bərpa işlərinə cəlb etməyə hazırdır, bunun üçün onlar bu ərazinin Azərbaycana aid olduğunu qəbul etməlidirlər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib ki, hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda miqyaslı bərpa işləri həyata keçirir.
“Qarabağda yaşayan ermənilər də bütün bunları görürlər, çünki onlar bizim telekanallara baxırlar və bizim radionu dinləyirlər. Onlar orada hansı işlərin həyata keçirildiyini görürlər”, - o qeyd edib.
Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, erməni icmasının nümayəndələri Şuşada bizim hərbi mövqelərimizə gələrək onları işlə təmin etməyi xahiş ediblər. “Onlar orada (Qarabağda - İF) işsizdirlər. Onlar işsizlik, səfalət, çarəsizlik vəziyyətindədirlər. Biz buna müsbət yanaşırıq. Ancaq bu məsələnin hüquqi tərəfi tam həll olunmamlıdır. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan ərazisi olub. Biz onları Azərbaycan vətəndaşları olaraq qəbul edirik. Sadəcə, onların da bunu qəbul etmələri lazımdır. Onlar erməni təbliğatından xilas olmalıdırlar. Öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz onlara həmin işlərdə iştirak etmək üçün imkan verməyə hazırıq. Niyə də yox?”, - Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə sülh prizmasından baxır. “Çünki mən istəyirəm ki, artıq müharibə olmasın. Əgər Ermənistan tərəfində revanşist axınlar aktivləşməsə, biz yeni müharibəyə başlamayacağıq. Əgər biz Ermənistanda bizə qarşı hər hansı təhlükə görsək, onu məhv etməliyik. Bu bizi qanunla hüququmuzdur. Ancaq əgır belə təhlükə yoxdursa, onda bizim də belə fikirlərimiz yoxdur. Qarabağda yaşayan 25 min erməni bu prosesin bir hissəsinə çevrilə bilərlər. Eyni zamanda, gələcəkdə biz onları yaşadıqları rayonlarda, kəndlərdə imkanlarla təmin edəcəyik”, - Əliyev deyib.
Həmçinin, prezident xatırladıb ki, hazırda azad olunmuş şəhərlərin baş planları hazırlanır. “Yaxın zamanda Cəbrayıl və Füzuli şəhərlərinin və ümumilikdə rayonların baş planları təsdiq olunacaq. Bu bizim gücümüzü göstərir, biz ermənilərin yaşadığı Qarabağın kəndlərində də bunu edə bilərik”, - dövlət başçısı əlavə edib.
Əliyev bildirib ki, azad olunmuş ərazilərdə bütün elektromontaj işləri 2021-ci ilin sonunadək başa çatacaq.
O vurğulayıb ki, həmçinin azad olunmuş ərazilərdə yolların tikintisi davam etdiriləcək. “Biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu regionu bərpa edək və yaxın zamanda məcburi köçkünlərə ora qaytmağa imkan yaradılsın. Bu ilin sonu və ya gələn ilin əvvəli üçün Zəngilan rayonunda “ağıllı kənd” ilk pilot layihə hazır olacaq. Bunu Qarabağda yaşayan ermənilər də görürlər”, - Azərbaycan prezidenti əlavə edib. **
E.Şəfiyev
Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq
Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib
Bakı və Ankara arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi sahəsində Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda ardıcıl iki gündür ki, COVID-19-a 11 yoluxma faktı qeydə alınıb
Azərbaycan prezidenti AXC-nin şərəfinə Bakıda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək