2021-ci il iyunun 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 373 milyon 593,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Bank hesablarında 375 milyon 176,5 min manat və ya aktivlərin 27,3%-i (azalma 13,8%), uzunmüddətli maliyyə aktivlərində 420 milyon 724,3 min manat (artım 9,8%), debitor borclarında 191 milyon 387,6 min manat (artım 18,5%), nağd vəsaitlərdə 377 milyon 197,6 min manat (azalma 13,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.
2021-ci il iyulun əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 395 milyon 920,3 min manat (artım 3,9%) təşkil edib.
1 iyul 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 720 milyon 782 min manat (artım 6,9%), ümumi bölüşdürülməmiş mənfəəti 83 milyon 530,3 min manat (azalma 28,8%) təşkil edib.
2021-ci il iyulun 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-i isə broker şirkətidir.
2021-ci il iyulun 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1916,3 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 16,6% çoxdur.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət