“VMedia” Youtube kanalı bu dəfə beynəlxalq qurumların, o cümlədən UNESCO-nun erməni işğalı zamanı Qarabağda və Şərqi Zəngəzurda törədilmiş dağıntıların miqyasına göz yummasına həsr olunmuş növbəti videoçarx (rus və ingilis dillərində) hazırlayıb.
Videoda layihənin müəllifləri “İslam Dövləti” (İŞİD) yaraqlıları ilə Qarabağdakı erməni terrorçuları arasında paralel gətirir – onların siyasəti mədəni irsin qəsdən məhv edilməsindən ibarət idi. “Həm Palmira şəhərindəki məbədlər, həm Ağdamdakı teatr, həm Bamiyandakı Budda heykəlləri, həm də Vaqifin məqbərəsi onların öz ideoloji təsəvvürləri əsas tutularaq, heç bir hərbi zərurət olmadan qəsdən məhv edilib. İŞİD terrorçuları nəzarət etdikləri ərazidə onların “Dünya xilafəti” haqqında təsəvvürlərinə uyğun gəlməyən heç nə görmək istəmirdilər. Erməni terrorçuları isə hansısa bir şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu xatırladan hər şeyi məhv ediblər”, - deyə kanalın yaradıcıları “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Bununla yanaşı, müəlliflər bir fakta diqqət çəkiblər ki, İŞİD terrorçularından fərqli olaraq, erməni işğalçıları insanlığa sığmayan vəhşiliklər törətməkdə daha da irəli gedərək qəbiristanlıqları da təhqir ediblər, minlərlə qəbri qazaraq talayıblar.
Videoda qeyd edilir ki, UNESCO və dünya ictimaiyyəti 2001-ci və 2015-ci illərdə yaraqlılar tərəfindən Əfqanıstanda Buddanın heykəlinin və Suriyanın Palmira şəhərinin dağıdılmasını bir ağızdan pisləsələr də, indi Qarabağda və Şərqi Zəngəzurda erməni vəhşilikləri ilə bağlı sənədləşdirilmiş faktlara göz yumur və heç bir reaksiya vermirlər. “Bəs bu susqunluğun səbəbi nədir? İkili standartlar? İslamofobiya? Axı bu susqunluq nə qədər çox davam edirsə, bir o qədər çox xoşagəlməz fərziyyələr yaranır... Axı bu susqunluq vandalizmin təşviqi kimi şərh edilə bilər... Lakin görünür, bütün bunlar UNESCO və dünya ictimaiyyətini narahat etmir. Onların hamısı erməni vəhşiliyi və vandalizmi, əslində isə erməni terrorizmi ilə bağlı inadla susurlar”, - deyə videoda vurğulanır.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət