Sentyabrın 28-də “LUKOİL” Xəzər dəizinin Azərbaycan sektorunda BP-nin Shallow Water Absheron Peninsula (SWAP) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-nin alınmasına dair saziş imzalayıb.
Rysiya şirkətinin məlumatında deyilir ki, bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra2021-ci ilin sonunadək başa çatacağı gözlənilir.
Sövdələşmə tamamlandıqdan sonra BP 25% iştirak payı ilə layihənin operatoru olaraq qalacaq. Layihənin üçüncü iştirakçısı 50% pay ilə Azərbaycanın SOCAR şirkətidir.
“LUKOİL-un BP və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına cavab verir. Əminəm ki, iştirakçı tərəfdaşların topladığı bütün elmi və texniki potensial Abşeron yarımadasının dayaz sularındakı buperspektiv sahənin işlənilməsinə əlavə təkan verəcək”, - məlumatda “LUKOİL” şirkətinin prezidenti Vaqit Ələkbərovun sözlərindən sitat gətirilir.
“Biz LUKOİL şirkətini SWAP layihəsinin yeni tərəfdaşı qismində görməyimizə məmnunuq. Bu, bizim “Şahdəniz” layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olacaq. Əgər uğurlu olarsa, həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza fayda gətirəcək geoloji-kəşfiyyat proqramı üzrə LUKOİL və SOCAR-la sıx əməkdaşlığa ümid edirik”, - həmçinin məlumatda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harry Johnsun sözlərindən sitat gətirilir.
Shallow Water Absheron Peninsula (SWAP) layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının cənubunda yerləşir. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.
Müqavilə sahəsində 2016-cı ildə 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Nəticədə, üç perspektiv sahə müəyyən edilib - Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq. Bu ərazidə suyun dərinliyi 40 metri ötmür.
2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində ilk kəşfiyyat quyusunun inşasına başlanıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət