2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 712,2 milyon manatlıq ($419 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə əməliyyatların həcmi 2,2 dəfə artıb.
Mərkəzi Bankın dəqiqləşdirilmiş məlumatına əsasən, yanvar ayında aparılan əməliyyatların həcmi 72,2 milyon manat, fevral ayında 112,2 milyon manat, mart ayında 93,2 milyon manat, aprel ayında 64 milyon manat, may ayında 81,3 milyon manat, iyun ayında 90 milyon manat, iyul ayında 95,1 milyon manat, avqust ayında 104,2 milyon manat təşkil edib.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır. Bu azalma koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə şərtlənib.*
B.Rüstəmbəyov
Əliyev: “Bakı Berlinlə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir”
Prezident Əliyev daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvardır
Azərbaycan yanvar-iyul aylarında qaz ixracını 5%, gəlirlərini 4 dəfə artırıb
Yanvar-iyul aylarında Azərbaycanın neft ixracından gəlirləri 1,6 dəfə artıb
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Gəncə MKT şəhər yollarının əsaslı təmirinə 4 milyon manat yönəldəcək
Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşməyi planlaşdırır
İrəvan metrosunun və Ermənistan parlamentinin minalanması barədə məlumatlar daxil olub
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub