2021-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracının həcmi $2,2 milyardı ötəcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,9 milyard təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin mənfi təsiri ilə şərtlənib.
Beləliklə, 2021-ci ildə qeyri-neft ixracının həcmi 2020-ci ilin göstəricisini ən azı 16% üstələyəcək.
“2021-ci ilin yekunları üzrə qeyri-neft ixracını $2,2 milyarddan artıq səviyyədə gözləyirik. Cari ilin 9 ayı ərzində qeyri-neft ixracının artım tempi 40% təşkil edib. Bu, çox ümidverici göstəricidir”, - deyə Cabbarov bu gün “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda təşkil olunan tədbirdə bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı $1,6 milyard təşkil edib ki, bu da 2020-ci ilin 8 ayının göstəricisindən 37,1% çoxdur.
Azərbaycan hökuməti 2025-ci ilədək qeyri-neft ixracını $4 milyarda qədər artırmağı planlaşdırır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət