2021-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,8 milyard təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,9% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
9 ay ərzində pambıq iplik ixracı 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,1 dəfə, şəkər ixracı 2,1 dəfə, pambıq lifi ixracı 80,8%, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 55,8% artıb.
Sentyabr ayında ixrac $1,7 milyard təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə $224,7 milyon olub.
2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq $46,2 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq $178,5 milyon təşkil edib.
2020-ci ildə Azərbaycan $1,9 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə qeyri-neft ixracının $2,2 milyarddan çox olacağını gözləyir.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyard təşkil edəcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət