Bakı Ali Neft Məktəbi (BANM) ilə İsveçrənin UBIS Universiteti arasında birgə MBA proqramı barədə Əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi BANM və UBİS arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır. Müqavilədə UBIS-in təhsil proqramları əsasında BANM-də MBA üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq müqaviləsi BANM tərəfindən UBIS-in Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası (IACBE) və gələcəkdə digər akkreditasiya qurumları tərəfindən təsdiq olunacaq təhsil proqramlarının həyata keçirilməsini təmin edir. BANM də öz növbəsində UBIS-in təhsil proqramlarını yüksək keyfiyyətlə tədris edəcək.
Əməkdaşlıq müqaviləsini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və UBİS Universitetinin Baş direktorunun müavini, Kommersiya məsələlələri üzrə direktor Rafael Salazar imzalayıblar.
Onlayn formatda keçirilən görüşdə qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov ilk növbədə Müəllimlər Günü münasibəti ilə bütün müəllimləri təbrik edib. BANM və UBIS arasında imzalanan müqavilənin əhəmiyyətinə toxunan rektor bildirib ki, bu əməkdaşlıq hər iki ali məktəb üçün faydalı olacaq. Elmar Qasımov UBİS Universitetinin rəhbərliyini Azərbaycana dəvət edib.
BANM-in Biznesin idarə olunması üzrə tədris mərkəzinin müdiri Rövşən Budaqov birgə əməkdaşlıq çərçivəsində MBA proqramında həyata keçiriləcək tədris prosesi barədə məlumat verib. O, vurğulayıb ki, beynəlxalq əməkdaşlıq ali təhsil müəssisələrinin gələcək uğurunun açarıdır.
Əməkdaşlıq müqaviləsinin hər iki ali məktəb üçün bir fürsət olduğunu qeyd edən UBİS-in Baş direktorunun müavini Rafael Salazar bildirib ki, bu fürsətdən hər iki ali məktəbin tələbələri yüksək səviyyədə yararlana biləcəklər.
İsveçrənin Cenevrə şəhərində yerləşən UBIS Universitetində biznes administrasiyası və beynəlxalq münasibətlər sahəsində yüksək səviyyədə bakalavr (BBA, BAIR), magistr (MBA, MAIR) və doktorant hazırlığı həyata keçirilir. UBİS-də dünyanın 40 ölkəsindən olan tələbələr təhsil alır. UBİS tələbələrə Cenevrə ilə yanaşı, 20 ortaq kampusda təhsil almaq seçimi verir. ABŞ və digər xarici ölkələrdə İş və Beynəlxalq Münasibət proqramlarının tədarükü üzrə tam akkreditasiya almış ilk İsveçrə Təhsil Qurumudur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət