Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “AYNA” informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmanda qeyd olunur ki, bu sistemin yaradılmasında məqsəd avtomobil nəqliyyatı sahəsində sərnişin və yük daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən, eləcə də avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin etməkdir.
Bundan əlavə, sistemin yaradılması avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılmasına yönəlib.
Həmçinin, fərmana əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılır. Agentliyə hazırda nazirlik və yerli icra hakimiyyətləri orqanlarının tabeliyində olan 20-dən çox müxtəlif struktur daxil olacaq.
Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 4 üzvdən ibarət İdarə Heyəti yaradılır.
Fərman çərçivəsində Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılır. **
E.Şəfiyev
Əliyev: “Bakı Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsi kimi görmək istəyir”
ICESCO-nun xüsusi missiyası Azərbaycanın azad edilmiş ərazilərinə səfər edəcək
Azərbaycanda mayın əvvəlindən bəri ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb
I rübdə Azərbaycanda bağlanmış nikahların sayı 41% artıb, boşanmaların sayı 2% azalıb
Yevlaxda avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2,1 milyon manat ayrılıb
Əliyev Zəngilanın kənd təsərrüfatı və turizm potensialını təhlil etməyi tapşırıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək