Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Səfiri Ali Məktəbdə görməkdən məmnunluğunu bildirən Elmar Qasımov BANM-in uğurlarından bəhs edib. Bildirib ki, Bakı Ali Neft Məktəbinə müraciət edən pakistanlı tələbələrin sayı ilbəil artır. Artıq iki pakistanlı tələbə BANM – in təqaüdü ilə bu ali məktəbdə təhsil alır. Elmar Qasımov səfiri akademik heyət və tələbələrlə görüşə də dəvət edib.
Pakistanın Azərbaycandakı səfiri isə Bakı Ali Neft Məktəbi kimi beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yaxından izlədiyini qeyd edib. Səfir Ali məktəbin müəllim – professor heyəti və tələbələri ilə görüşə dəvətə görə rektor Elmar Qasımova minnətdarlığını bildirərək ən qısa zamanda bu təklifi gerçəkləşdirəcəyini deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Pakistanda Bakı Ali Neft Məktəbinin diplomlarının akkreditasiya məsələsi geniş müzakirə olunub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət