Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aparıcı telekommunikasiya operatorları Transxəzər Fiber-Optik Kabel Xətti (TranCaspian Fiber Optic - TCFO) layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər. Tərəflər bununla bağlı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş “MDB GCCM 2021” konfransı zamanı iki Memorandum imzalayıblar. Onlardan biri müvafiq olaraq Qazaxıstan, Azərbaycan və Qırğızıstanı təmsil edən "Transtelecom" ASC, "AzerTelecom" MMC və "ElKat" MMC telekommunikasiya operatorları arasında, digəri isə müvafiq olaraq Qazaxıstan, Azərbaycan və Özbəkistanı təmsil edən "Transtelecom" ASC, "AzerTelecom" MMC və “Telegraph 42 Management Gmbh” MMC arasında imzalanıb.
“AzerTelecom” MMC-nin Direktorlar Şurasının sədri Fuad Allahverdiyevin sözlərinə görə, Transxəzər Fiber-Optik (TransCaspian Fiber Optic - TCFO) Kabel xətti layihəsinin həyata keçirilməsi təkcə Azərbaycanla Qazaxıstan arasında deyil, eyni zamanda Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. "İnanırıq ki, bütün dünyada internet istehlakının artması fonunda bu irimiqyaslı rəqəmsal layihə regionda telekommunikasiya sənayesinin inkişafına, eləcə də ölkələr və şirkətlər arasında işgüzar əlaqələrin genişlənməsinə töhfə verəcək"- deyə Fuad Allahverdiyev bildirib.
“Transxəzər Fiber-Optik Kabel Xətti rəqəmsal infrastruktur sahəsində möhtəşəm layihədir. Bu gün biz bu layihəni mövcud yerüstü marşrutlara yeganə alternativ olaraq görürük. Əminəm ki, “AzerTelecom”-dan olan tərəfdaşlarımızla birgə xidmətlərin göstərilməsi üzrə yeni bir səviyyəyə qalxa biləcək, Avropa ilə Asiya arasında uzun zamandır gözlənilən marşrutların şaxələndirilməsini təmin edə biləcəyik" - deyə “Transtelecom” ASC -nin Transxəzər Fiber-Optik layihəsinin rəhbəri Qalixan Məhəmməd-Rəhimov qeyd edib.
Xatırladaq ki, Transxəzər Fiber-Optik (TCFO) Kabel xətti layihəsi Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutan genişmiqyaslı layihədir. Bu layihə Avropa ilə Asiya arasında məlumat mübadiləsi ehtiyaclarını ödənəyəcək regionun bütün ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Belə bir magistral kabel xəttinin çəkilməsi Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu”nu (Digital Silk Way) formalaşdıracaq.
“AzerTelecom” MMC haqqında: “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
“Transtelekom” ASC haqqında: Qazaxıstan Respublikasının ən böyük rabitə operatorlarından biridir. Şirkəti geniş telekommunikasiya xidmətləri, habelə İT, rabitə, avtomatlaşdırma və energetika sahəsində rəqəmsallaşma və sistem inteqrasiyası xidmətləri üzrə ixtisaslaşmışdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət