Cümə axşamı Azərbaycanın nümayəndəsiBMT-ninBeynəlxalq Ədalət Məhkəməsində dinləmələr zamanı İrəvanı məhkəməyə doğru məlumatlar təqdim etməməkdə ittiham edib.
Məhkəmədə “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işə (Ermənistan Azərbaycana qarşı)baxılır.
Məhkəmədə çıxış edən Azərbaycanın nümayəndəsi dövlət başçısı İlham Əliyevin sözlərindən sitat gətirib: “Cəmiyyətimizdə etnik və mədəni müxtəlifliyin qorunması, qarşılıqlı hörmət və etimada əsaslanan birgə yaşayış mədəniyyətinin inkiaşfı dövlət siyasətimizin əsas prioritetlərindən biridir”.
O, həmçinin bəyan edib ki, Ermənistan öz iddiasında qeyri-dəqiq məlumatlar təqdim edib. “İddiada və Ermənistanın sorğusunda, bugünkü çıxışı zamanı olduğu kimi, bu məsələyə aid olan faktlar qeyri-dəqiq formada təqdim olunub”, - Azərbaycanın nümayəndəsi bəyan edib.
O qeyd edib ki, Bakının nöqteyi-nəzərindən, mübahisənin məhkəmədə baxılmasına “Ermənistan tərəfindən başlanılan iki müharibənin və beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınmış ərazilərin təxminən 30 il ərzində Ermənistan tərəfindən işğal altına saxlanılması” səbəb olub.
“Ermənistan öz strukturuna görə, əsasən onilliklər boyu azərbaycanlılara qarşı yönəlmiş, qəsdən düşünülmüş etnik təmizləmə siyasəti hesabına, monoetnik dövlətdir”, - o əlavə edib. **
Əliyev: “Xəzəryanı ölkələrin liderləri Xəzər dənizinin dayazlaşması problemini müzakirə ediblər”
SİF indiyədək turizmin inkişafı ilə bağlı layihələrə 60 milyon manat güzəştli kredit verib
Baş plan: Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektar təşkil edəcək
Prezident Əliyevə Kəlbəcər şəhərinin baş planı təqdim edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Xəzəryanı ölkələrin dövlət başçılarının VII Zirvə Toplantısı İranda keçiriləcək
Putin Xəzəryanı ölkələrə energetika sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edir
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq