2020-ci ilin payızında Qarabağda müharibədən sonra Cənubi Qafqaz regionu mühüm transformasiyaların astanasında durur və Ermənistan dəyişikliklərə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Bu gün region çox vacib transformasiyaların astanasındadır. Siyasi iradə və müdriklik nümayiş ediləcəyi halda, onlar bugünkü şəraiti dəyişə və həqiqi sülh və sabitlik şəraitinin formalaşmasına gətirə bilər. Biz bu dəyişikliklərə hazırıq. Hətta onlar bizim gələcəyə baxışımızla üst-üstə düşür”, - Paşinyan cümə günü Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti fəaliyyəti proqramında “ölkəmiz və regionumuz üçün sülh şəraitində yeni inkişaf erasının” açılmasını məqsəd qoyub. “Dialoq və ədavət mühitinin tədricən adan qaldırılması, bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması” bu məqsədə aparacaq yeganə yol hesab edirik”, - Paşinyan qeyd edib.
“Sizi məlumatlandırmaq istərdim ki, Rusiya, Ermənistan və Azərbaycanın baş nazirlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində biz bütün nəqliyyat kommunikasiyalarının açılması üzərində işləyirik və ümid edirik ki, yaxın gələcəkdə konkret nəticələr əldə edəcəyik. Bu o deməkdir ki, Ermənistan, Azərbaycan ərazisindən keçməklə Rusiya və İranla dəmir yolu və avtomobil əlaqəsi, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək”, - Paşinyan bəyan edib.
O qeyd edib ki, “iqtisadi və siyasi problemlərin həllində irəliləyişə nail olmaq üçün məsələlərin müzakirə olunduğu mühit son dərəcə vacibdir”.
Eyni zamanda, onun sözlərinə görə, indiyədək Azərbaycan bütün erməni “hərbi əsirləri”, girovları və digər saxlanılan şəxsləri qaytarmayıb.
“Bu sırf humanitar məsələdir və biz ümid edirik ki, tezliklə ilkin şərtsiz öz həllini tapacaq. Bu mənada, təsdiq edirəm ki, Ermənistan bütün mina xəritələrinin Azərbaycana təqdim olunmasını başa çatdırmağa hazırdır”, - Paşinyan deyib.
O həmçinin bildirib ki, davamlı sülhün əldə olunması üçün mühüm vəzifələrdən biri Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyasıdır.
“Biz bu prosesə başlamağa hazırıq və bu məsələdə Rusiya və digər beynəlxalq tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Qeyd etməliyəm ki, bu məsələdə də mövcud maneələrin aradan qaldırılması üçün müvafiq mühitin mövcudluğu çox vacibdir”, - Paşinyan vurğulayıb.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsas məsələdir. Bunun üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edirik. Son aylar ərzində həmsədrlər öz bəyanatlarında dəfələrlə qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh prosesinin bərpası zəruridir”, - Paşinyan deyib. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət