Azərbaycan Müdafiə Nazirliyi Qarabağ regionunda qanunsuz erməni silahlıları tərəfindən növbəti təxribat cəhdinin qarşısının alınması barədə məlumat verir.
“Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb”, - nazirliyin məlumatında deyilir.
Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və “maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər”.
“Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır”, - MN-dən vurğulanır. **
X.Nəsirzadə
Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq
Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib
Bakı və Ankara arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi sahəsində Anlaşma Memorandumu imzalanıb
Əliyev və Ərdoğan Bakıda yeni mərkəzlərin açılışında iştirak ediblər
Azərbaycanda ardıcıl iki gündür ki, COVID-19-a 11 yoluxma faktı qeydə alınıb
Azərbaycan prezidenti AXC-nin şərəfinə Bakıda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək