Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilir.
Oktyabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən müvafiq qərar imzalanıb. Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib.
“Bundan əlavə, Hava Limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod Hava Limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır. Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və sair tərəfindən istifadə olunur. Daha əvvəl Füzuli Hava Limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib”, - məlumatda deyilir.
Mətbuat xidmətindən vurğulanır ki, Füzuli Hava Limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir.
Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi – “Airbus A340-500” burada eniş icra edib.
Hava Limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib.
Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub.
Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli Beynəlxalq Hava Limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Zabrat qəsəbəsində yerləşən “ASG Helicopter Services” (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir. **
A.Salayeva
MN: Bakı ilə Vaşinqton arasında hərbi əmədaşlığın perpektivləri müzakirə olunub
MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun sərhəddəki mövqelərini yenidən atəşə tutub
Polşa prezidenti: Varşava Bakı ilə əməkdaşlığı dərinləşdirmək istəyir
Azərbaycanda 1 nəfər COVID-19-dan vəfat edib
ƏƏSMN: Azərbaycan hökuməti özəl pensiya fondları üzrə qanunvericilik bazanı müzakirə edir
Paşinyan Ərdoğanın inaqurasiya mərasimində iştirak edəcək
Mişel Azərbaycan və Ermənistan liderlərinin Kişineu görüşünü məhsuldar adlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək