2021-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 12 milyard 707,4 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 50%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 25 milyard 421,4 milyon kubmetr qaz (artım 18,2%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova
Əliyev: Bakı Zaqreb ilə strateji tərəfdaşlığın möhkəmlənməsinə ümid edir
Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərini digər ölkələr üçün nümunə adlandırdı
Əliyev və Ərdoğan Bakıda yeni mərkəzlərin açılışında iştirak ediblər
Azərbaycanda ardıcıl iki gündür ki, COVID-19-a 11 yoluxma faktı qeydə alınıb
Azərbaycan prezidenti AXC-nin şərəfinə Bakıda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək