Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bank 2021-ci il üçün inflyasiya proqnozlarına yenidən baxacaq.
“Biz inflyasiya proseslərini izləyirik. Bizdə orta illik inflyasiya hələ ki 4%+ intervalında formalaşır. Tezliklə komitənin iclası olacaq, indi biz proqnozlaşdırmanı yekunlaşdırmaq üzrəyik. Ondan sonra yeni proqnozları açıqlayacağıq”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
2021-ci ilin 9 ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 5,2%-dək artıb. Daha əvvəl AMB cari ilin yekunları üzrə orta illik inflyasiyanı 5,4-5,8% səviyyəsində proqnozlaşdırmışdı.
Rüstəmov vurğulayıb ki, Azərbaycanda inflyasiyaya daha çox xarici amil təsir göstərir. “Bizdə inflyasiya idxal inflyasiyasıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır və əfsuslar olsun ki, ardıcıl iki ildir 30%-dən çox təşkil edir. Bu, pandemiya, qlobal təchizat zəncirinin pozulması, xammal və logistika xərclərinin bahalaşması ilə əlaqədardır”, - deyə o qeyd edib.
AMB sədri hesab edir ki, iqtisadiyyatın bərpası da inflyasiya tempinə təsir göstərir.
E.Rüstəmov əlavə edib ki, qonşu ölkələr, eləcə də əsas ölkələr-ticarət tərəfdaşları da inflyasiya artımı ilə üzləşirlər. Bu vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir. Əlbəttə, kommunal xidmətlərin tariflərinə (ölkə daxilində – İF) yenidən baxılması da inflyasiya göstəricisinə bir qədər təsir edəcək”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət