2021-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 586,2 min barel (avqustda 596,1 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub. Bunun 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu ilin sentyabr ayı üçün Azərbaycanın gündəlik hasilat kvotası 634 min barel olub. Beləliklə, Azərbaycan sentyabr ayında “OPEC plus” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 108,2% yerinə yetirib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayının 18-də keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilmişdir. Bu qərara əsasən, Azərbaycan gündəlik xam neft hasilatını avqustdan etibarən hər ay təqribən 7 min barel artırmaq imkanı əldə edib.*
N.Abbasova
Bakı və Bişkək birgə inkişaf fondunun yaradılmasını müzakirə edir
Əliyev: “Bakı Berlinlə ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir”
Əliyev Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak edib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
Bakı və Belqrad turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanmasını müzakirə edib
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Gəncə MKT şəhər yollarının əsaslı təmirinə 4 milyon manat yönəldəcək
Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşməyi planlaşdırır
İrəvan metrosunun və Ermənistan parlamentinin minalanması barədə məlumatlar daxil olub
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
AccessBank-dan sahibkarlar üçün dövlət dəstəkli biznes kreditləri!
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq