Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.
“Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub.
“Z.Həsənov inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
Azərbaycan yanvar-iyun aylarında İtaliyaya qaz ixracını 2,8 dəfə, Yunanıstana 1,7 dəfə artırıb
Azərbaycan hökuməti Gəncə Xalça Kombinatını satışa çıxarıb
Azərbaycan yanvar-iyun aylarında “Premium Euro-95” markalı benzin idxalını 39% azaldıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
Bakı və Belqrad turizm sahəsində birgə fəaliyyət planının işlənib hazırlanmasını müzakirə edib
Ermənilərin Zəngəzur və Qarabağda törətdikləri yanğınlarla bağlı cinayət işi başlanılıb
DTA “Basqal” Qoruğuna mediatur təşkil edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Gəncə MKT şəhər yollarının əsaslı təmirinə 4 milyon manat yönəldəcək
Ermənistanın müdafiə naziri Moskvada Şoyqu ilə görüşməyi planlaşdırır
İrəvan metrosunun və Ermənistan parlamentinin minalanması barədə məlumatlar daxil olub
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub