Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
General-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb, səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib”, - deyə məlumatda bildirilir.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.
Təliminin planına uyğun olaraq bölmələr “Həyacan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.
Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.*
A.Salayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət