Oktyabrın 23-də İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Bu barədə “Anadolu” agentliyinin məlumatında deyilir.
İclas ötən gün işə başlamış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) “Köklü keçmiş – güclü gələcək” adlı üç gün davam edəcək mediaforumu çərçivəsində təşkil edilib.
Müzakirələrdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyətləri iştirak ediblər.
F.Altunun sözlərinə görə, media platforması Türkiyə və Azərbaycan KİV orqanlarının informasiya siyasətinin razılaşdırılmasında vacib meydançadır. O xatırladıb ki, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılması ilə bağlı razılaşma 10 dekabr 2020-ci il tarixində əldə edilib, müvafiq memorandum isə prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanıb.
“44 günlük müharibədə qələbə və işğal olunmuş ərazilərin azad edilməsi təkcə döyüş meydanında və siyasi sahədə deyil, həm də Bakı və Ankaranın informasiya müstəvisində birgə səyləri nəticəsində mümkün olub. Dezinformasiya ilə mübarizədə Türkiyə-Azərbaycan əməkdaşlığını bundan sonra da möhkəmləndirmək çox vacibdir. Təcrübə mübadiləsinin aparılması, imkanların qiymətləndirilməsi və inkişaf etdirilməsi, birgə addımların atılması lazımdır. Hər iki ölkə bununla razıdır”, - deyə F.Altun bildirib.
Onun sözlərinə görə, mediaplatforma çərçivəsində 6 komitə yaradılıb ki, bu da iki ölkənin informasiya sahəsində həyata keçirəcəyi ortaq çalışma və layihələrin effektivliyini artıracaq.
Öz növbəsində, H.Hacıyev də Ortaq Media Platformasının əhəmiyyətini qeyd edib.
“Azərbaycan və Türkiyə prezidentlərinin sayəsində iki ölkə arasında əməkdaşlıq elə səviyyəyə yüksəlib ki, bu səviyyəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək bizim tarixi borcumuzdur”, – deyə o bildirib və iki qardaş ölkə arasında informasiya sahəsində də qarşılıqlı fəaliyyətin uğurlu olacağına əminliyini ifadə edib.
Onun sözlərinə görə, Azərbaycan sosial və beynəlxalq media platformalarında dezinformasiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsini öyrənməyə hazırdır.*
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı 28% artıb
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Paşinyan və Rəisi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu